• Bakı 12° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Bu qurumun nəqliyyat vasitələrinin ÜSTÜNLÜYÜ OLACAQ

CƏMİYYƏT

10 Aprel 2026 | 13:08

Bu qurumun nəqliyyat vasitələrinin ÜSTÜNLÜYÜ OLACAQ

Milli Məclis “Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə görə, prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz olunan və hadisə yerinə operativ çıxışı təmin edən nəqliyyat vasitələri operativ kateqoriyaya daxil edilir.

Bu addım prokurorluğun təxirəsalınmaz prosessual və əməliyyat-axtarış tədbirlərini daha çevik həyata keçirməsinə şərait yaradacaq. Həmçinin həmin nəqliyyat vasitələri xüsusi işıq və səs siqnallarından istifadə edə biləcək, bu da yol hərəkətində üstünlük verərək hadisələrə daha sürətli reaksiya imkanı yaradacaq.

Dəyişiklik hüquq-mühafizə orqanları arasında koordinasiyanı gücləndirməyi və cinayətlərin açılmasına operativ təsiri artırmağı hədəfləyir. Qanun layihəsi səsvermə ilə birinci oxunuşda qəbul olunub.

Əli Hüseynov


SON XƏBƏRLƏR