• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

“İmtahan sualları çaşdırmaq yox, bacarığı ölçmək üçündür” – Emin Əmrullayev

CƏMİYYƏT

10 Aprel 2026 | 10:55

“İmtahan sualları çaşdırmaq yox, bacarığı ölçmək üçündür” – Emin Əmrullayev

"Oxuyub-anlama bacarıqları ən yaralı yerimizdir".

Bakıvaxtı.az xəbər verir ki, nazir bunu elm və təhsil naziri Emin Əmrullayev DİM-in 10 İllik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib:

“Cəmiyyətin və repetitorların müqavimətinə baxmayaraq, oxuyub-anlama bacarıqlarının ölçülməsi genişləndirilməlidir”.

Nazirin sözlərinə görə, bu dəyişikliklər ilkin mərhələdə çətin görünə bilər və nəticələr aşağı ola bilər, lakin uzunmüddətli perspektivdə məhz bu bacarıqlar insanların peşəkar inkişafını müəyyən edən əsas amillərdəndir.

O qeyd edib ki, imtahan sistemi ilə real həyat tələbləri arasında uyğunluq məsələsi də ciddi müzakirə olunmalıdır: “Hələ də aydın deyil ki, bəzi peşələr üçün niyə müəyyən fənlər digərlərindən daha üstün hesab olunur”.

E.Əmrullayev əlavə edib ki, imtahan suallarının hazırlanmasında əsas məqsəd bəzən biliyi ölçmək yox, qarşı tərəfi çaşdırmaq olur və bu yanaşma dəyişməlidir. Onun fikrincə, suallar insanın nəyi bacarıb-bacarmadığını üzə çıxarmalıdır, yoxsa onu tələyə salmaq funksiyası daşımamalıdır.

Nazir vurğulayıb ki, bu problem təkcə qurumların deyil, ümumilikdə Azərbaycan pedaqoji yanaşmasının məsələsidir və xüsusilə fənn mütəxəssisləri bu istiqamətdə məsuliyyət daşıyırlar.

O həmçinin bildirib ki, gələcəkdə imtahanlarda tənqidi düşüncə, sosial və emosional zəka kimi bacarıqların ölçülməsi daha da aktuallaşacaq və məhz bu səriştələr gələcək kadrların uğurunu müəyyən edəcək.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR