Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai Motor" təhlükəsizlik kəməri lövbərlərinin ayrılmasına səbəb ola biləcək qüsur səbəbindən ABŞ-də təxminən 294 130 avtomobili geri çağırır.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) açıqlama yayıb.
Açıqlamaya görə, geri çağırılan avtomobillərə "Hyundai Ioniq 6", "Genesis G90", eləcə də daxili yanma mühərriki və hibrid versiyası olan "Hyundai Santa Fe"yə daxildir.
Dilerlər təhlükəsizlik kəməri lövbərlərini yoxlayacaq və zəruri hallarda dəyişdirəcəklər.
Gülşən Şərif
Bakı 




