Çeçenistanda (Rusiya) daşqınlar nəticəsində 90-a yaxın sosial təyinatlı obyekt və 48 körpü zədələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun başçısı Ramzan Kadırov öz teleqram kanalında bildirib.
"Təbii fəlakət nəticəsində 19 mindən çox insanın yaşadığı 4 363 evə, 90 sosial təyinatlı obyektə, nəqliyyat və mühəndislik infrastrukturu obyektlərinə böyük ziyan dəyib. 438 avtomobil yolu hissəsi və 48 körpü, eləcə də kommunal təsərrüfat obyektləri zədələnib", - Kadırov yazıb.
Bakı 




