• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Zahid Oruc: Saziş logistika şirkətləri üçün də ciddi üstünlüklər yaradır

SİYASƏT

10 Aprel 2026 | 11:30

Zahid Oruc: Saziş logistika şirkətləri üçün də ciddi üstünlüklər yaradır

Saziş logistika şirkətləri üçün də ciddi üstünlüklər yaradır. Qlobal səviyyədə sürücü çatışmazlığı problemi mövcuddur və bu, təkcə Avropada deyil, postsovet məkanında da hiss olunur. İnzibati maneələrin azaldılması logistika zəncirinin daha çevik işləməsinə şərait yaradır, daşımaların sürətini artırır və xərcləri azaldır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

Deputat vurğulayıb ki, proqnozlara görə, bu cür razılaşmaların geniş tətbiqi yükdaşımaların səmərəliliyini 10–15 faiz artıra, logistika xərclərini 5–10 faiz azalda və tranzit gəlirlərini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Azərbaycan artıq Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və digər ölkələrlə oxşar sazişlər imzalayıb və Belarusla əməkdaşlıq bu coğrafiyanı daha da genişləndirir.

Parlament üzvü söyləyib ki, eyni zamanda, sürücülük və daşımaçılıq sektoru ayrıca strateji iqtisadi sahə kimi inkişaf etdirilməlidir. Qlobal logistika bazarı trilyonlarla dollar həcmindədir və bu sahədə rəqabət böyük logistika şirkətləri və beynəlxalq brendlər üzərindən aparılır. Buna görə də beynəlxalq sertifikatlı sürücülərin hazırlanması, logistika təhsilinin gücləndirilməsi və iri daşıma şirkətlərinin formalaşdırılması vacibdir.

Sonda  o əlavə edib ki, Azərbaycanın əlverişli coğrafiyası və inkişaf edən nəqliyyat infrastrukturu ölkəni regional logistika mərkəzinə çevirmək üçün güclü imkanlar yaradır. Bu imkanların reallaşması isə insan kapitalının inkişafı ilə birbaşa bağlıdır. Nəticə etibarilə, nəqliyyat və logistika sahəsinin güclənməsi ölkənin iqtisadi diversifikasiyasına töhfə verə və neftdən asılılığın azaldılmasına şərait yarada bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR