• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Fırıldaqçıların əsas məqsədi vətəndaşların hüquqlarını pozmaqdır - Siyavuş Novruzov

SİYASƏT

10 Aprel 2026 | 12:12

Fırıldaqçıların əsas məqsədi vətəndaşların hüquqlarını pozmaqdır - Siyavuş Novruzov

Müxtəlif mənbələrdən – uzaqdan-yaxından əldə edilən fotoşəkillər, şəxslərin görüntüləri və hətta süni intellekt vasitəsilə yaradılan materiallar hazırda ciddi problem yaradır.

Bakıvaxtı.az xəbər  verir ki, bu sözləri parlamentin bugünkü iclasında deputat Siyavuş Novruzov  səsləndirib.

Onun sözlərinə görə, bu texnologiyalar sənaye, hərbi və səhiyyə kimi sahələrdə istifadə olunsa da, bəzən sui-istifadə edilərək insanların şəkilləri manipulyasiya olunur və saxta məzmun yaradılır.

O qeyd edib ki, fırıldaqçıların əsas məqsədi vətəndaşların hüquqlarını pozmaq, şəxsi həyatın toxunulmazlığını zədələmək və insanların ictimai-mənəvi və ya siyasi imicini təhrif olunmuş formada cəmiyyətə təqdim etməkdir. Bu cür hallarda şəxslər müxtəlif aşağılayıcı və təhqiredici üsullarla hədəfə alınır.

Deputat xüsusilə vurğulayıb ki, süni intellekt texnologiyalarından istifadə edilərək Azərbaycan dövlətinə, ordusuna və ümumilikdə cəmiyyətə qarşı yalan və əsassız məlumatların yayılması halları da artmaqdadır. Onun fikrincə, bu cür manipulyasiyalar həm ölkədaxili ictimai sabitliyə, həm də beynəlxalq imicə zərər vurur.

Siyavuş Novruzov əlavə edib ki, bu tip fəaliyyətlər həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycan Respublikasının Konstitusiyasına və mövcud qanunvericiliyə ziddir. O bildirib ki, qəbul edilən hüquqi aktlar məhz bu cür pozuntuların qarşısının alınması və şəxsi məlumatların, eləcə də ictimai təhlükəsizliyin qorunmasına xidmət edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR