• Bakı 13° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Sevgilisini öldürən iş adamının məhkəməsi

CƏMİYYƏT

10 Aprel 2026 | 15:17

Sevgilisini öldürən iş adamının məhkəməsi

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses  keçirilib.

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf, təqsirləndirilənin hadisəni törədən zaman həqiqətəndə anlaqsız vəziyyətdə olub -olmaması ilə bağlı təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təqdim edib.

Müşavirədən sonra məhkəmə vəsatəti qəbul edib.

Təqsirləndirilən Emil Ağacanovun  təkrar kompleks stasionar məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasından keçirilməsi ilə bağlı  məhkəmə qərar qəbul edib.

Ekspertizanın rəyinin məhkəməyə daxil olması üçün proses qeyri müəyyən vaxta dək təxirə salınıb.

Qeyd edək ki,hadisə 2025-ci il avqustun 23-də Bakının Yadamal rayonunda qeydə alınıb.

Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub.

İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub 

Onu da qeyd edək ki,“Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.

Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.


SON XƏBƏRLƏR