• Bakı 18° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Şuşada yol qəzasında ölənlərin sayı 6 nəfərə çatdı

HADİSƏ

10 Noyabr 2023 | 00:09 | Müəllif: Subhan Mahmudov

Şuşada yol qəzasında ölənlərin sayı 6 nəfərə çatdı

Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb.

Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əlilləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb.

Belə ki, Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026