• Bakı 21° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sumqayıtda qəza: ÖLƏN VAR

HADİSƏ

16 Sentyabr 2026 | 08:56 | Müəllif: Günəş Mərd

Sumqayıtda qəza: ÖLƏN VAR

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Mercedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib.

Qəzada "Kia Sorento"da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026