• Bakı 19° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Sevgilisi ÖLDÜ, prezident başsağlığı verdi - BU ÖLKƏDƏ

DÜNYA

14 Sentyabr 2026 | 11:18 | Müəllif: Günəş Mərd

Sevgilisi ÖLDÜ, prezident başsağlığı verdi - BU ÖLKƏDƏ

Kolumbiyada yarım marafon zamanı huşunu itirən 20 yaşlı tələbə qaçışçı Juliana Avila Saouda vəfat edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da Medellin marafonunda baş verib. Biotibbi mühəndislik üzrə təhsil alan Juliana 21 kilometrlik yarım marafon məsafəsini qaçarkən qəfil huşunu itirib.

Gənc idmançı üç dəfə ürək tutması keçirib və hər dəfə reanimasiya edilib.

“Need To Know” nəşrinin məlumatına görə, Juliana təcili tibbi yardım göstərildikdən sonra Medellin Baş Xəstəxanasına çatdırılıb. Lakin o, ertəsi gün xəstəxanada dünyasını dəyişib.

Marafonda 30 mindən çox insan iştirak edib.

Qeyd edək ki, Juliana Avila Saouda Kolumbiyanın vitse-prezidenti Xose Manuel Restrepo Sespedesin böyük oğlu Julian Restrepo Sespedesin sevgilisi olub. Kolumbiya Prezidenti Abelardo de la Espriella hadisə ilə bağlı başsağlığı verib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR