q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Qəfil maşınların qarşısına çıxan piyadalar saxlanıldı - VİDEO

CƏMİYYƏT

28 Aprel 2026 | 10:22

Qəfil maşınların qarşısına çıxan piyadalar saxlanıldı - VİDEO

Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

DİN mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, yol polisinin paytaxt ərazisində keçirdiyi profilaktik tədbir zamanı yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyadalar müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb:

"Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur".


SON XƏBƏRLƏR

27 Aprel 2026