q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Bu qanuna dəyişiklik ediləcək

CƏMİYYƏT

28 Aprel 2026 | 10:07

Bu qanuna dəyişiklik ediləcək

“Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirələr aparılıb.

Bildirilib ki, “Elektron hökumət” sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəetməsinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də müvafiq sahələr üzrə təhlil aparılması, proqnoz və hesabatlar hazırlanması və onlar əsasında dövlət tənzimləməsini həyata keçirmək üçün zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.

Təqdim olunan qanun layihəsində nəzərdə tutulan dəyişikliklər də bu məqsədə xidmət edir.

Belə ki, təklif edilən dəyişikliklərdə müvafiq maddələrə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılmasına dair yeni normaların əlavə edilməsi təklif edilir.

Buna uyğun olaraq, vətəndaşların müraciətlərinə dair tələblər, müraciətlərin qəbulu, qeydiyyatı, onlara baxılması və baxılmamış saxlanılması, vətəndaş qəbulu prosedurlarının elektronlaşdırılma prosesinin təkmilləşdirilməsi və təklif edilən dəyişikliklərə müvafiq olaraq, təkrar xarakterli müddəaların ləğvi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

27 Aprel 2026