q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Direktor müavini olmaq istəyənlər üçün YENİ QAYDALAR

CƏMİYYƏT

28 Aprel 2026 | 12:17

Direktor müavini olmaq istəyənlər üçün YENİ QAYDALAR

“Yeni tədris ilinə qədər direktor vəzifəsi vakant olan məktəblərin sayını sıfıra endirməyi hədəfləyirik”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib.

Bildirilib ki, fevral ayında elan olunan müsabiqə üzrə 800-ə yaxın namizəd müraciət edib. Namizədlərin bu həftənin sonu ixtisas imtahanına, növbəti həftədən isə müsahibə mərhələsinə cəlb olunacağı qeyd edilib.

Qeyd olunub ki, yüksək nəticə göstərən namizədlər seçim zamanı üstünlük əldə edəcəklər. Eyni zamanda direktor müavinlərinin işə qəbulu qaydalarında da yenilik tətbiq edildiyi açıqlanıb. Yeni qaydalara əsasən, namizədlərdən öz ixtisasları üzrə yüksək nəticə toplamaq əsas tələblərdən biri olacaq.

Məlumata görə, direktor müavini vəzifələri üzrə vakant yerlərlə bağlı elanların may ayının ikinci yarısından paylaşılması nəzərdə tutulur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR