q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Sertifikatlaşdırma prosesinin tarixi AÇIQLANDI

CƏMİYYƏT

28 Aprel 2026 | 12:15

Sertifikatlaşdırma prosesinin tarixi AÇIQLANDI

“Sertifikatlaşdırma məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətə də şamil ediləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib.

Bildirilib ki, sertifikatlaşdırma prosesi artıq ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji heyəti də əhatə edəcək. Qeyd olunub ki, bu il ilk dəfə olaraq bağçalarda çalışan müəllim və tərbiyəçilər üçün xüsusi təlimlərin təşkili nəzərdə tutulur.

Məlumata görə, 2026-cı il üzrə sertifikatlaşdırma prosesi 17–25 iyun tarixlərində keçiriləcək.

Eyni zamanda məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkil olunması planlaşdırılır.

Qeyd edilib ki, bu prosesin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi və pedaqoji heyətin peşə bacarıqlarının inkişaf etdirilməsidir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR