q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirdi - FOTOLAR

SİYASƏT

28 Aprel 2026 | 12:56

Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirdi - FOTOLAR

Vatikana işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul Richard Gallagher ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, müzakirələr Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına həsr olunub.

Eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivlərinə, regional təhlükəsizlik məsələlərinə və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.


SON XƏBƏRLƏR