q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Bakıda yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək

İDMAN

28 Aprel 2026 | 11:41

Bakıda yelkən idmanı üzrə Prezident Kuboku keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.

Bu barədə Bakıvaxtı.az-a federasiyadan məlumat verilib.

Mayın 2–3-də Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə "Prezident Kuboku" təşkil olunacaq.

Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı, "Xəzər" Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq.

Yarış iki kateqoriyada - yeniyetmələr optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

"Prezident Kuboku" Bakı bulvarında, "Yaxt Klub"un yaxınlığında keçiriləcək.


SON XƏBƏRLƏR