q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

MİQ: Bu namizədlər ödənişdən azad ediləcəklər

CƏMİYYƏT

28 Aprel 2026 | 12:26

MİQ: Bu namizədlər ödənişdən azad ediləcəklər

“Müsabiqənin bir qismi namizədlər üçün ödənişli olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

Eşqi Bağırov bildirib ki, MİQ imtahanının yazılı mərhələsi 1-8 may tarixlərində baş tutacaq:

“Müəllim tələbatının qarşılanması təhsilin təşkili sahəsində əsas istiqamətlərdən biri olaraq qalır”. 

Direktor qeyd edib ki, artıq 10 ildən çoxdur müəllimlərin işə qəbulu müsabiqəsi elektron və mərkəzləşdirilmiş test imtahanları vasitəsilə həyata keçirilir.

Məlumata görə, bu il keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində də test imtahanı mərhələsi nəzərdə tutulub. Eyni zamanda hökumətin müvafiq qərarına əsasən müsabiqənin müəyyən hissəsinin bəzi namizədlər üçün ödənişli olması planlaşdırılır.

Onun sözlərinə görə, ali təhsil müəssisələrini yeni bitirən namizədlər ödənişdən azad ediləcəklər və bu güzəşt minlərlə şəxsi əhatə edəcək.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR