q
  • Bakı 13° C

    12.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

"ATV" və "ARB" birləşir? - RƏSMİ

MEDİA

28 Aprel 2026 | 09:13

ATV və ARB birləşir? - RƏSMİ

Son dövrlər Azərbaycan teleməkanında bəzi verilişlərin bağlanması və ayrı-ayrı müğənnilərin efirə buraxılmaması ictimaiyyət arasında televiziya sektorunda mümkün dəyişikliklərlə bağlı müzakirələri artırıb. Bu hallar telekanalların fəaliyyətində yeni yanaşmaların tətbiq oluna biləcəyi ehtimalını gündəmə gətirir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata əsasən, bu istiqamətdə müəyyən addımların atılması istisna edilmir. Xüsusilə, “ATV” və “ARB” telekanallarının birləşdiriləcəyi ilə bağlı iddialar yayılıb.

Məsələyə aydınlıq gətirmək məqsədilə Bakıvaxtı.az hər iki telekanalın rəsmi nümayəndələri ilə əlaqə saxlayıb.

"ATV"nin mətbuat katibi Ozal İbrahimli saytımıza bildirib ki, kanalın birləşdirilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır və heç bir əsası yoxdur. Onun sözlərinə görə, telekanal fəaliyyətini normal qaydada davam etdirir və hər hansı məsələ gündəmdə deyil.

Oxşar mövqe "ARB" tərəfindən də sərgilənib. Kanalın mətbuat katibi Mail Əsgərov da Bakıvaxtı.az-a qeyd edib ki, “ARB” telekanalının birləşdiriləcəyi ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. O vurğulayıb ki, bu iddialar əsassızdır və kanal öz fəaliyyətini davam etdirir.

Qeyd edək ki, hazırda televiziya sahəsində aparılan dəyişikliklər daha çox məzmunun keyfiyyətinin artırılması, efir siyasətinin təkmilləşdirilməsi və tamaşaçı tələbatına uyğunlaşma məqsədi daşıyır. Bu baxımdan, bəzi verilişlərin dayandırılması və ya efir siyasətində yeniliklərin edilməsi telekanalların bağlanması anlamına gəlmir, əksinə, sektorun inkişafına yönəlmiş addımlar kimi qiymətləndirilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

27 Aprel 2026