q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Kağız jurnallar tarixə QOVUŞUR

CƏMİYYƏT

28 Aprel 2026 | 12:23

Kağız jurnallar tarixə QOVUŞUR

“Rəqəmsal məktəb” platforması gələn tədris ilindən daha 5 şəhərdə tam tətbiq olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallar mərhələli şəkildə ləğv ediləcək və bütün tədris-inzibati proseslər rəqəmsal platforma üzərindən idarə olunacaq.

Qeyd olunub ki, bu yenilik məktəblərdə inzibati yükün azaldılmasına, eləcə də tədrisin daha operativ və şəffaf idarə olunmasına xidmət edir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR