“Müsabiqələr yalnız bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib.
Bildirilib ki, xarici dildə təhsil almaq istəyən şəxslər üçün təşkil olunan müsabiqələr elektron qaydada həyata keçirilir. Yazılı mərhələdə iştirakçıların bilik səviyyəsi yoxlanılır, müsahibə mərhələsində isə müəyyən edilmiş qiymətləndirmə meyarları əsas götürülür.
Qeyd olunub ki, müsabiqələrin keçirilməsi qaydaları, xüsusi tələblər və müsahibə çərçivəsi ilə bağlı məlumatlar aidiyyəti sənədlərdə öz əksini tapıb.
I sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə məktəbə yerləşdirmədə ədalətliliyi təmin edir.
Zeynəb Rzayeva
Bakı 




