q
  • Bakı 13° C

    11.65 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Azərbaycan Çexiyadan hansı məhsulları alır?

İQTİSADİYYAT

28 Aprel 2026 | 11:05

Azərbaycan Çexiyadan hansı məhsulları alır?

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən biznes-forum iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Forumda çıxış edən Prezident İlham Əliyev ölkələr arasında iqtisadi əlaqələrin şaxələndirilməsi və xüsusilə qeyri neft-qaz sektorunda əməkdaşlığın dərinləşdirilməsinin prioritet olduğunu vurğulayıb.

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Çexiya arasında 841 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirilib. Ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 814 milyon dollar təşkil edib. Bunun 745 milyon dolları ixracın, 69 milyon dolları isə idxalın payına düşüb:

"Çexiyadan Azərbaycana əsasən dərman vasitələri, qənnadı məmulatları, kimyəvi məhsullar, avtomobil şinləri, plastik borular, metal konstruksiyalar və digər sənaye məhsulları idxal olunub".

Deputat bildirib ki, Azərbaycanın Çexiyaya ixracında isə əsas payı xam neft və neft məhsulları təşkil edib. Ötən il bu göstərici 742,2 milyon dollar səviyyəsində olub.

İqtisadçı Vüqar Bayramovun fikrincə, Çexiyanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında ticarət əlaqələrinin, xüsusilə də neftdən kənar sektorlar üzrə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yarada bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

27 Aprel 2026