• Bakı 14° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Prezident tədbir iştirakçılarını qəbul etdi - FOTOLAR

SİYASƏT

02 Aprel 2026 | 11:15

Prezident tədbir iştirakçılarını qəbul etdi - FOTOLAR

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüralıyevi qəbul edib.

    Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdədirlər.


    SON XƏBƏRLƏR

    01 Aprel 2026