• Bakı 12° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Sumqayıtda DƏHŞƏT: Bir ailənin 5 uşağı dəm qazından zəhərləndi

HADİSƏ

02 Aprel 2026 | 12:26

Sumqayıtda DƏHŞƏT: Bir ailənin 5 uşağı dəm qazından zəhərləndi

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Bakıvaxtı.az verir ki,hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakinləri – 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Məhəmməd Kamil oğlu, 2019-cu il təvəllüdlü Cəbrayılov Həmzə Kamil oğlu, 2021-ci il təvəllüdlü Cəbrayılova Ayişə Kamil qızı və 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət Kamil qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR