• Bakı 14° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Bərdə ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

CƏMİYYƏT

02 Aprel 2026 | 12:30

Bərdə ərzaq bazarında nöqsanlar aşkarlandı - FOTO

Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən, "Bərdə Ticarət" ASC-yə məxsus bazarda yoxlama keçirib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd edilib ki, baxış zamanı bazarda süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatları olmayan məhsulların satışa çıxarıldığı, qida məhsullarının satışı zamanı çarpaz çirklənmə hallarına yol verildiyi, işçi masaların səthinin asan təmizlənən materialla üzlənmədiyi və digər nöqsanlar müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.


SON XƏBƏRLƏR