• Bakı 14° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Sürücüsüz taksilər yolda qaldı - SƏBƏB

DÜNYA

02 Aprel 2026 | 12:31

Sürücüsüz taksilər yolda qaldı - SƏBƏB

Çinin Uhanda Baidu şirkətinə məxsus “Apollo Go” sürücüsüz taksilər sistemdəki nasazlıq səbəbindən yolda qalıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, çoxsaylı zənglər nəticəsində bəzi avtomobillərin yolun ortasında hərəkətsiz qaldığı bildirilib.

Qeyd edək ki, şirkət hələ nasazlığın dəqiq səbəbini açıqlamayıb, sistemin kiberhücum hədəfi olub-olmaması barədə fərziyyələr mövcuddur.

Oxşar hadisə 2025-ci ilin dekabrında Nankinqdə peyk yerləşdirmə sistemlərinə edilən hücum nəticəsində də xidmətlərin müvəqqəti dayandırılmasına səbəb olmuşdu.

Əli Hüseynov


SON XƏBƏRLƏR