• Bakı 14° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Bayraqdar media 5 yaşında

MEDİA

02 Aprel 2026 | 10:45

Bayraqdar media 5 yaşında

“Bayraqdar.info” saytının fəaliyyətə başlamasından 5 il ötür.

Bakıvaxtı.az xəbər verir ki, BAYRAQDAR MEDİA rəsmi olaraq 1 aprel 2021-ci ildən bayraqdar.info adı altında fəaliyyətə başlamış onlayn media resursudur.

Əsasən xəbər ağırlıqlı resursun media siyasəti “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” çərçivəsində gerçəkləşdirilir.

Saytda mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, diplomatiya, ekologiya və s. də daxil olmaqla geniş əhatəli xəbərçilik gerçəkləşdirilir. Keyfiyyəti operativliyə qurban verməmək prinsipilə işləyən BAYRAQDAR MEDİA kənar müəlliflərə də açıqdır.

Eyni zamanda türk dünyasına özəl diqqət də hədəflənib.

BAYRAQDAR MEDİA-nın qurucusu və baş redaktoru Əməkdar jurnalist Azər Həsrətdir.

Bakıvaxtı.az xəbər portalının kollektivi BAYRAQDAR MEDİA-dakı həmkarlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.


SON XƏBƏRLƏR

01 Aprel 2026