• Bakı 14° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Şagirdlər bu halda məktəbə telefon gətirə bilər

CƏMİYYƏT

02 Aprel 2026 | 13:23

Şagirdlər bu halda məktəbə telefon gətirə bilər

Dərs zamanı ağıllı saatlar, telefonlar və digər elektron cihazların məktəbə gətirilməsi və istifadəsi qadağandır.

Bakıvaxtı.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, şagirdlər yalnız iki halda bu cür cihazları məktəbə gətirə bilərlər.

Birinci halda müəllimlər şagirdlərin şəxsi cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil etməlidir.

İkinci halda isə valideyn və ya qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gedib-gələrkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə, bu zaman məktəb həmin cihazların dərs gününün sonuna qədər təhlükəsiz şəraitdə saxlanmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir./Milli.Az


SON XƏBƏRLƏR