Milli qılıncoynadan Furkan Yaman Braziliyada keçirilən Gənclər və Yeniyetmələr arasında Qılıncoynatma üzrə Dünya Çempionatında qızıl medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, finalda Yaman amerikalı rəqibi Vilyam Morili 15-13 hesabı ilə məğlub edib.
Türkiyə idmançısı 103 ildən sonra ölkə tarixində dünya çempionluğunu qazanan ilk qılıncoynadan olub.
Əli Hüseynov
Bakı 




