• Bakı 14° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

85 yaşlı kişi yanaraq öldü - YENİLƏNİB

HADİSƏ

02 Aprel 2026 | 09:36

85 yaşlı kişi yanaraq öldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Cəlilabadda 85 yaşlı kişinin yanaraq ölməsi faktı ilə bağlı məlumat yayıb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m. olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Narıyev Bəhram Bayrı oğlunun meyiti aşkar edilib.

Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

09:12

Cəlilabadda ahıl kişi yanaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Maşlıq kənd sakini 1941-ci il təvəllüdlü Nuriyev Bəhrəm Bayrı oğlu yaşadığı - qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

01 Aprel 2026