Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyası məsələsini müzakirə etdiyini bildirib.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir bu gün brifinqdə jurnalistlərə bildirib.
"Bizim (Rusiya Prezidenti ilə - red.) ətraflı söhbətimiz oldu, öz mövqelərimizi və baxışlarımızı bildirdik, eləcə də rusiyalı tərəfdaşlarımızın mövqelərini dinlədik. Bizim Rusiya ilə problemimiz yoxdur, dostluq münasibətlərimizi yüksək qiymətləndiririk və heç bir şəkildə Rusiyanın maraqlarına zərər vurmaq istəmirik", - o deyib.
Paşinyan qeyd edib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin konsessiyasının üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəbin olmadığını bildirib.
Bakı 




