• Bakı 14° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Neftin qiyməti yenidən 107 dolları ötdü - YENİLƏNİB

İQTİSADİYYAT

02 Aprel 2026 | 09:04

Neftin qiyməti yenidən 107 dolları ötdü - YENİLƏNİB

Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri 107.24 dollara yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti 6% artıb.

WTI xam neftinin fyuçerslərinin qiyməti isə 4.83% artaraq barel üçün 104.95 dollara bərabər olub.

***

07:42

ABŞ prezidenti Donald Trampın televiziya çıxışından sonra beynəlxalq etalon olan Şimal dənizindən çıxarılan Brent markalı xam neftin bir barelinin qiyməti kəskin şəkildə artaraq 105 dolları keçib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti Bakı vaxtı ilə saat 5:40 radələrində  4%-dən çox artaraq bir barel üçün 105,55 dollara, Amerika etalon markası olan “WTI” markalı neftin qiyməti isə 3% artaraq 103,16 dollara çatıb.

Donald Trampın İrana daha iki-üç həftə ərzində son dərəcə ağır zərbə endiriləcəyini açıqlamazdan əvvəl isə hər iki neft markasının qiyməti ucuzlaşmağa meylli idi.

Aydın Baxış


SON XƏBƏRLƏR

01 Aprel 2026