“Biz Amerikanın bütün hərbi məqsədlərinə çox tezliklə çatmaq yolundayıq. Çox qısa müddətdə, növbəti iki-üç həftə ərzində İranı həddindən artıq böyük güclə vuracağıq”.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp televiziya çıxışında bildirib.
O qeyd edib:
“Bu vaxt ərzində müzakirələr aparılır. Rejim dəyişikliyi bizim məqsədimiz deyildi. Biz heç vaxt rejim dəyişikliyi barədə danışmadıq, lakin, bütün liderlərinin ölümü nəticəsində rejim dəyişikliyi həqiqətən baş verib. Onların hamısı ölüb. Yeni rəhbərliyin komandası daha az radikal və daha ağlabatandır. Lakin bu müddət ərzində heç bir razılaşma əldə edilməyib. Strateji hədəflərimiz var. Razılaşma olmadığı təqdirdə, biz çox sərt addımlar atacağıq. Onların bütün elektrik stansiyalarına zərbə endirəcəyik”.
Daha sonra D.Tramp əlavə edib:
“Biz hələ onların neft qurğularına zərbə endirməmişik. Bu, onlara yaşamaq və ya yenidənqurma üçün heç bir şans verməkdi. Amma biz onlara zərbə endirə bilərdik”.
Aydın Baxış
Bakı 




