q
  • Bakı 13° C

    4.28 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Çin İranla hərbi əməkdaşlıq etmir - BMT-dəki daimi nümayəndə

DÜNYA

01 May 2026 | 22:14

Çin İranla hərbi əməkdaşlıq etmir - BMT-dəki daimi nümayəndə

Çin İranla hərbi əməkdaşlıq etmir və bu cür ittihamları rədd edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun bildirib.

O, Çinin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinə həsr olunmuş brifinqdə bildirib ki, Çin və İran arasında heç bir hərbi əməkdaşlıq yoxdur və bəzi Amerika rəsmilərinin ittihamlarından xəbərdardırlar.

Diplomat vurğulayıb ki, Çin müharibə səbəbindən İran xalqına böyük rəğbət bəsləyir.

ABŞ prezidenti Donald Tramp əvvəllər Çinin ABŞ-İsrail hərbi əməliyyatı zamanı İrana müəyyən təchizat tədarük etmək qərarına təəccübləndiyini bildirmişdi. Onun sözlərinə görə, yük ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan İran gəmisində aşkar edilib. Daha sonra Çin Müdafiə Nazirliyinin sözçüsü Çinin İrana hava hücumundan müdafiə sistemləri və ya pilotsuz uçuş aparatları tədarük etmədiyini bəyan edib.


SON XƏBƏRLƏR