• Bakı 18° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşıb

DÜNYA

31 May 2026 | 19:31

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşıb

İsrailin Qəzza zolağında hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 73 minə yaxınlaşıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

"2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 72.939 nəfər həlak olub, 172.927 nəfər yaralanıb", - deyə nazirlik qeyd edib.

Son 24 saat ərzində Qəzzada bir cəsəd və səkkiz yaralı xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin oktyabr ayında atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 930 fələstinli həlak olub, 2819 nəfər yaralanıb.


SON XƏBƏRLƏR

30 May 2026