• Bakı 18° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Myanmada partlayış - ölənlər var

DÜNYA

31 May 2026 | 20:11

Myanmada partlayış - ölənlər var

Myanmanın şimal-şərqindəki Namxam yaşayış məntəqəsində baş verən güclü partlayış nəticəsində azı 46 nəfər həlak olub, 74 nəfər isə yaralanıb.

Bu barədə Bakıvaxtı.az "Associated Press" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, partlayış dağ-mədən sənayesində istifadə olunan partlayıcı maddələrin saxlanıldığı iddia edilən binada qeydə alınıb.

"Hadisə yerinə gələn xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, dağıntılar altından altısı uşaq olmaqla, 46 nəfərin cəsədi çıxarılıb. Onun sözlərinə görə, xəsarət alan 74 nəfər tibb müəssisələrinə çatdırılıb", -agentlik qeyd edib.


SON XƏBƏRLƏR

30 May 2026