Bakıda sərnişindaşıma sahəsində növbəti narazılıq yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 6 nömrəli marşrut avtobusunun uzun müddət görünməməsi sakinlərin etirazına səbəb olub. Vətəndaşların sözlərinə görə, sözügedən marşrut qeyri-müntəzəm işləyib və bu da sərnişinləri çətin vəziyyətdə qoyur.
Şikayət edən sakinlərdən biri bildirib ki, avtobusu gözləmək üçün dayanacaqda 1 saatdan çox vaxt keçirib, lakin nəqliyyat vasitəsi gəlib çıxmayıb.
Sakinlər qeyd edir ki, xüsusilə iş saatlarında belə gecikmələr ciddi problemlərə yol açır və alternativ nəqliyyat vasitəsi tapmaq da hər zaman mümkün olmur.
6 nömrəli avtobusun bu qədər gecikməsinin səbəbi isə suallar doğurur. Vətəndaşlar problemin operativ şəkildə həllini gözləyirlər./Milli.Az
Bakı 




