Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2026-cı ilin mart ayı ərzində 29 yoxlama aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilir ki, bunlardan 25-i özəl tibb müəssisəsi, 4-ü isə fiziki şəxsə məxsus obyektdir:
Aparılan yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb və bu nöqsanlar əsasında cərimələr yazılıb. Ümumilikdə, 26 protokol tərtib olunub. Bunlardan 13-ü hüquqi, digər 13ü isə fiziki şəxsə yazılıb.
Cərimələrin səbəbi:
Bir halda İXM -in 210.1 və 221.1 (Lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma və bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə)
9 halda 215.4 (Sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma);
14 halda 215.1 (Lisenziyadan kənar fəaliyyət)
1 halda 602.4 (Müəssisə rəhbəri yoxlamaya şərait yaratmadığı üçün plandankənar yoxlamanın keçirilməsi mümkün olmaması);
1 halda 210.1 (Lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma);
2 stomatoloqla bağlı sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadan kənar fəaliyyətə əsaslanan protokollar tərtib olunmuş, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib", məlumatda qeyd edilib.
Bakı 




