• Bakı 19° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Polislərimiz yanan maşındakı şəxsləri belə xilas etdi -  ANBAAN VİDEO

HADİSƏ

01 Avqust 2024 | 10:46

Polislərimiz yanan maşındakı şəxsləri belə xilas etdi - ANBAAN VİDEO

Polislər Lənkəranda yanan maşında olan şəxsləri xilas ediblər.

Bakıvaxtı.az xəbər verir ki, hadisə iyulun 31-də axşam saatlarında Lənkəran şəhərində “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsinin mühərrik hissəsi qəfildən alışıb.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları çevik reaksiya göstəriblər. Avtomobildə olan şəxslər düşürülərək onların təhlükəsizliyi təmin edilib. Alovun avtomobili tam bürüməsinin qarşısı da polislər tərəfindən alınıb.

Həmin anı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026