Heydər Əliyev Beynəlxalq Hava limanında axtarışda olan şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri (Dələduzluq) ilə axtarış elan edilmiş Sərxanlı Ceyhun İslam oğlu hava limanı ərazisində tutulub. O, aidiyyəti üzrə təhvil verilib.
C.Sərxanlının ətrafında araşdırmalar aparılır. /Qafqazinfo


jpg-1669188047.jpg)




jpg-1671775997.webp)








