• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kafedə qumar oynayanlar cəzalandırıldı

HADİSƏ

23 Dekabr 2022 | 09:53

Kafedə qumar oynayanlar cəzalandırıldı

Ağcabədi rayonunda kafedə qumar oyunlarında iştirak edən şəxslər cəzalandırılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində yerləşən kafelərin birində qumar oyunlarında iştirak edən 4 nəfər müəyyən edilib.

Bundan başqa keçirilmiş digər bir tədbirlə özünə məxsus marketdə pirotexniki məmulatlar satan şəxs də müəyyən edilib.

Həmin şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026