Riyazi savadlılıq üzrə nəticələrin bacarıq səviyyələrinə görə bölgüsündə Bakı şəhəri üzrə 2-ci səviyyədən aşağı olan şagirdlərin payı əhəmiyyətli dərəcədə azalıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı çıxışında deyib.
Nazir bildirib ki, illər üzrə müqayisədə Bakı üzrə 2-ci səviyyədən aşağı göstəriciyə malik şagirdlərin faizi əvvəlki illərdəki yüksək rəqəmlərdən 2025-ci ildə 37.0%-ə düşüb.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycan üzrə 2025-ci ildə 2-ci səviyyədən aşağı olan şagirdlərin payı 51.6%, 2-ci səviyyədə olanlar 20%, 3-cü səviyyədə olanlar 13%, 4-cü və yuxarı səviyyələrdə olanların cəmi isə 4.7% təşkil edib.
Emin Əmrullayev qeyd edib ki, slayddakı digər beynəlxalq müqayisə cədvəllərində də digər ölkələrin bacarıq səviyyələri üzrə pay bölgüsü əks olunub.
Zeynəb Rzayeva
















