• Bakı 18° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Möminə xatun türbəsinin bərpasına başlanıldı - YENİLƏNİB

MƏDƏNİYYƏT

05 Avqust 2025 | 20:40

Möminə xatun türbəsinin bərpasına başlanıldı - YENİLƏNİB

Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanıldığı üçün türbəyə giriş müvəqqəti olaraq dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.

"Məlum olduğu kimi, Mömünə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb. Bu məqsədlə türbədə və türbə ətrafında bir sıra infrastruktur işləri aparılır. Təhlükəsizliyin təmin olunması məqsədilə türbəyə giriş müvəqqəti olaraq dayandırılır", - deyə məlumatda qeyd olunur. 

 

16:50

Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, şirkətin işçi qrupu avqustun 5-də Naxçıvana gəlib.

Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb.Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026