• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO

CƏMİYYƏT

16 Sentyabr 2026 | 16:29 | Müəllif: Subhan Mahmudov

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO

Məktəbin ilk günü ilə bağlı şagirdin paylaşdığı video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, videonu Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında dırnaq və makiyaj görüntülərini əks etdirən videoya "Dırnaq + makiyaj = təhsil", "Mən demirəm, uşaq deyir..." kimi qeydlər yazıb.

Videoda məktəbin ilk gününü çəkən şagird makiyaj edərkən təhsil prosesi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, məktəbin ilk günü onun üçün yorucu keçib və bir neçə dərsdə demək olar ki, heç nə edilməyib. 

"Deməli, təxminən 6 dərs biz boş-boş oturduq, sadəcə 2 dərs yalandan müəllimlər bir şeylər danışdı", - deyə şagird videoda bildirib.

Videonun davamında isə məktəbə hazırlaşması, makiyaj etməsi, servis gözləməsi və rəfiqəsi ilə məktəbə getməsi əks olunub. Şagird məktəbdə çox sayda insanın olduğunu və növbənin uzun çəkdiyini də qeyd edib.

K.Ağazadə paylaşımında, həmçinin uşağın anasının onu dəstəklədiyini qeyd edib və müəllimin söylədikləri ilə bağlı iradını ifadə edib.

Paylaşım sosial şəbəkələrdə məktəblilərin görünüşü, məktəbə münasibəti ilə bağlı müzakirələrə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026