• Bakı 18° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İsmayıllıda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub

HADİSƏ

11 Sentyabr 2024 | 09:38

İsmayıllıda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


İsmayıllıda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR