• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Euro Cup"un qalibi "Sabah"da

İDMAN

14 Sentyabr 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

"Euro Cup"un qalibi "Sabah"da

"Sabah" basketbol blubu heyətinə yeni oyunçu qatıb.

Bakıvaxtı.az "bayquşlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı Tajuan Eydji ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

28 yaşlı, 203 sm boya malik hücum oyunçusu 2025/2026 mövsümünü Fransanın "Burk" klubunda keçirib. Tajuan ötən mövsüm sözügedən komandanın heyətində "Euro Cup" çempionluğunu qazanıb.

Eydji Avropa klub turnirlərində də təcrübəyə malikdir. O, 2021-ci ildə "Balkan"ın heyətində "FIBA Europe Cup"da orta hesabla 10,4 xal və 6,8 ribaundla yadda qalıb. 2024-cü ildə isə "Qravlin-Dyunkerk" ilə eyni turnirdə mübarizə aparıb. Həmçinin 2021-ci ildə "Basketball Champions League"in təsnifat mərhələsində bir oyunda 19 xal və 7 ribaundla yadda qalıb.

Amerikalı basketbolçu 2025/2026 mövsümündə "Burk"un heyətində "Euro Cup"da 15 oyunda orta hesabla 6,5 xal və 3,2 ribaundla çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026