• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur

CƏMİYYƏT

15 Sentyabr 2026 | 08:51 | Müəllif: Subhan Mahmudov

Emin Əmrullayev: Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur

Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə qədəm qoyur.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə çıxışında deyib.

"Bu da o deməkdir ki, 125 min şəxs həyatında yeni bir mərhələyə keçir. Bizim hər birimiz üçün məktəb həyatı, orada öyrəndiklərimizin əhəmiyyəti hər kəsə məlumdur", - o əlavə edib.

Nazir məktəb həyatında uşaqların qarşısında duran vəzifələrdən də danışıb.

"Yaxşı şagird olmaqla bərabər yaxşı insan olmaq üçün də çalışmaq bu vəzifələrdən biridir".

E.Əmrullayev yeni tədris ilində müəllimlərə də uğurlar arzulayıb.

"Fürsət ikən mən valideynləri də yeni tədris ili münasibətilə təbrik edirəm. Düşünürəm ki, yeni tədris ilinin başlaması onlar üçün də bir məsuliyyətdir və onlar müəllimlərin yanında olsalar, birlikdə çalışsalar, daha böyük uğurlar əldə ediləcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026