• Bakı 17° C

    0.85 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Ələt - Astara yolunda mikroavtobus aşdı - Ölü və yaralılar var + YENİLƏNİB

HADİSƏ

29 Oktyabr 2022 | 17:59

Ələt - Astara yolunda mikroavtobus aşdı - Ölü və yaralılar var + YENİLƏNİB

Bakı-Ələt yolunda baş verən qəzada 23 nəfər xəsarət alıb. 

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, hadisə ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib. Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.

Xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.

Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.

 

16:26

Bakı-Ələt yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrinə yerləşdirilib.

KTM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd olunub ki, xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-in vəziyyəti isə ağır olaraq qiymətləndirilir: "Yaralılarla bağlı əlavə məlumatlar veriləcək".

 

15:09

Daxili İşlər Nazirliyi Ələt-Astara yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bu gün saat 14 radələrində Lökbatan qəsəbəsindən Ümid qəsəbəsinə 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi səbəbindən aşıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 8 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra təcili yardıma məlumat verilib və xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

 

14:42

Bakı - Ələt - Astara yolunda qəza olub.

Bakıvaxtı.az xəbər verir ki, qəza mikroavtobusun aşması nəticəsində baş verib.

2 nəfərin öldüyü, 5 yaralının olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

/Qafqazinfo


Ələt - Astara yolunda mikroavtobus aşdı - Ölü və yaralılar var + YENİLƏNİBƏlət - Astara yolunda mikroavtobus aşdı - Ölü və yaralılar var + YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR