q
  • Bakı 12° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

DÜNYA

30 Aprel 2026 | 22:32

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

45 milyon insan hədsiz aclıqla üzləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib. 

Quterreş bildirib ki, əgər Hörmüz boğazında naviqasiya azadlığı ilin ortalarına qədər təxirə salınarsa, 45 milyon insan həddindən artıq aclıqla üzləşəcək və 32 milyon insan yoxsulluğa düçar olacaq.

Qlobal təşkilatın rəhbəri qeyd edib ki, ən yaxşı ssenaridə, yəni boğazda naviqasiya azadlığının bu gün bərpa edildiyi halda, təchizat zəncirlərinin bərpası aylar çəkəcək.

"İndi isə fasilələrin ilin ortalarına qədər davam edəcəyi ikinci ssenarini nəzərdən keçirək. 32 milyon insan yoxsulluğa düçar olacaq, gübrə ehtiyatları tükənəcək və məhsuldarlıq zəif olacaq. 45 milyon insan həddindən artıq aclıqla üzləşəcək", - deyə o bildirib. 


SON XƏBƏRLƏR