Rumıniya prezidenti Nikuşor Dan bildirib ki, əgər respublika vətəndaşları müvafiq istək nümayiş etdirərlərsə, Buxarest Kişinyovla birləşmə prosesinə başlamağa tam hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" onun sözlərinə istinadən məlumat yayıb.
Prezidentin sözlərinə görə, 2018-ci ildə Rumıniya parlamentində keçirilən yekdil səsvermədən sonra ölkənin bu məsələyə dair rəsmi mövqeyində heç bir dəyişiklik baş verməyib.
"Həmin vaxt bəyan edilmişdi ki, Moldova Respublikasının vətəndaşları arzu etdiyi istənilən an Rumıniya bu addımı atmağa hazırdır", - deyə o qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Moldovanın keçmiş lideri İqor Dodon iddia etmişdi ki, hazırkı prezident Maya Sandu öz şəxsi hakimiyyətini qorumaq məqsədilə ölkəni Rumıniya ilə birləşdirməyə çalışır. Sandu öz növbəsində qeyd etmişdi ki, Moldovanın qonşu Rumıniyaya qatılması bu keçmiş sovet respublikasının Avropaya inteqrasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Bakı 




