• Bakı 20° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Əfqanıstanda yük maşını aşdı - Ölənlər var

DÜNYA

30 May 2026 | 10:50 | Müəllif: Əli Hüseynov

Əfqanıstanda yük maşını aşdı - Ölənlər var

Əfqanıstanın şərqindəki Laqman vilayətində yük maşınının aşması nəticəsində ən azı 18 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Xinhua" yerli polis idarəsinə istinadən xəbər verir.

Məlumata görə, yol-nəqliyyat hadisəsi paytaxt Kabulu şərq vilayətləri ilə birləşdirən magistral yolda baş verib - sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026